OPEC-in baş katibi Məhəmməd Barkindo təşkilatın Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.
"Kommersant.Az" xəbər verir ki, "OPEC Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün mümkün imkanları nəzərdən keçirməyə hazırdır", - deyə o, bu gün Bakıda Cənub Qaz Dəhlizinin açılış mərasimində çıxışı zamanı bildirib.
Baş katibin sözlərinə görə, OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Bu, neft bazarında dayanıqlı sabitliyə nail olmağa imkan verəcək. "Hesab edirəm ki, OPEC+ ilə əməkdaşlıq genişləndirilməlidir. Biz dayanıqlı sabitlik haqqında düşünməliyik, bu, qlobal öhdəlikdir", - deyə M.Barkindo əlavə edib.