Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 4-5 dəfə çoxdur. Bunu prezident İlham Əliyev bəyan edib.
"Ölkənin xarici borcu ÜDM-in 20%-dən bir qədər çox təşkil edir. Eyni zamanda, valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. İstənilən zaman xarici borcu ödəyə bilərik", - İ.Əliyev çərşənbə axşamı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatına ümumi sərməyələrin həcmi $230 mlrd. təşkil edir.
İ.Əliyev əlavə edib ki, Azərbaycan hökuməti enerji resurslarının ixracından gəliri insan kapitalının inkişafına yatırır.
Xəbər verildiyi kimi, 1 aprel 2018-ci il tarixinə Azərbaycanın valyuta ehtiyatları 44 mlrd. dolları ötür.