USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xırdalan-Binəqədi-Balaxanı yolunun yenidən qurulması yekunlaşır

29.05.2018 İqtisadiyyat
0 0
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

Avtomobil Yolları Dövlət Agentliyindən "Kommersant.Az"a verilən məlumata görə, 2 hərəkət zolaqlı olan yolun uzunluğu 19,5 km, eni isə 8-10 metr arası dəyişir.

Layihə çərçivəsində yolun Balaxanı qəsəbəsindən başlayaraq Binəqədi qəsəbəsinədək olan təqribən 15 km-lik hissəsinə artıq ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun Binəqədi qəsəbəsindən Xırdalan dairəsinədək olan hissəsinin asfaltlanması işləri görülür.

Ümumilikdə yola 12 sm qalınlığında 175 min kvadratmetr yeni asfalt örtüyü döşənir. Yenidənqurma işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülüb.

Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1,5 m enində yeni piyada səkiləri inşa olunub, kənarlarına isə səki daşları düzülüb.

Tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

  • Əvvəlki

    İki yeni aqrar sənaye kompleksi yaradılıb

Digər xəbərlər