USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu 2 rayonun qaz təchizatında fasilə yaranıb

17.07.2019 İqtisadiyyat
0 0
Xaçmaz və Ucar rayonlarının qaz təchizatında fasilə yaranıb.

"Kommersant.az" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, Xaçmaz rayonunun Nərəcan kəndinin müəyyən hissəsinə xidmət edən 100 mm-lik qaz kəməri avtomobillə vurularaq qırılıb. Gecə saat 03:30-dan həmin ərazinin qaz təchizatı dayandırılıb. Xaçmazda digər bir halda da traktorla 108 mm-lik qaz kəməri vurularaq qırılıb. Bu səbəbdən Gəncəli kəndində saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Rayonun hər iki ərazisində ayrı-ayrılıqda 100 abonentin qaz təchizatında fasilə yaranıb.

Ucar rayonunda isə Xalac kəndini təbii qazla təmin edən 110 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, həmin kəndə təbii qazın verilişi bu gün səhər saat 09:30-dan dayandırılıb. Bu vaxt 140 abonentin qaz təminatında fasilələr yaranacaq. Gün ərzində təmir prosesi tamamlandıqdan sonra təchizat bərpa olunacaq.

  • Əvvəlki

    Azərbaycanda qızıl istehsalı 9% artıb

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0