Mayın 30-da Bakıda keçirilən “25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı” çərçivəsində SOCAR və Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
SOCAR-dan "Kommersant.Az"a verilən xəbərə görə, geoloji və geofiziki tədqiqatlar, texniki əməkdaşlıq və insan resurslarının inkişafı sahəsində əməkdaşlığa dair Memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və JOGMEC prezidenti Tetsuhiro Hosono imzalayıb.