USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda pulsuz çimərliklər yaradılır - SİYAHI

26.07.2019 İqtisadiyyat
0 0
Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb.

"Kommersant.az" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu "Şıx" ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq.

Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.