USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən ABŞ-a: Verdiyin sözləri tut

30.05.2018 İqtisadiyyat
0 0
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying, paytaxt Pekində keçirdiyi növbəti mətbuat konfransında ABŞ tərəfindən verilən açıqlamanın iki ölkə arasında Vaşinqtonda aparılan danışıqlara zidd olduğunu bildirərək, ABŞ-ın Çinə verdiyi sözü tutması lazım olduğunu qeyd edib.

"Kommersant.Az" xəbər verir ki, Hua, iki ölkə arasında gərginliyə səbəb olan kommersiya məsələlərini dialoq yolu ilə konstruktiv şəkildə həll etmək istədiklərini bildirib.

ÇİN TİCARƏT MÜHARİBƏSİNDƏN QORXMUR

Hua, "Çin döyüşmək istəmir, ancaq bir ticarət müharibəsindən də qorxmur" ifadələrini istifadə edərək, Vaşinqton rəhbərliyi bu şəkildə hərəkət etməkdə israr etsə, Çinin, qanuni maraqlarını qorumaq üçün lazımi tədbirləri görəcəyini bildirib.

Dünən Ağ Ev, 25 faiz əlavə gömrük vergisi tətbiq olunacaq 50 milyard dollarlıq Çin məhsullarının yekun siyahısının 15 İyunda, investisiya məhdudiyyətləri və ixrac nəzarətlərinin isə 30 İyunda açıqlanacağını bildirmişdi.