Devalvasiyalar “Bakı Fond Birjası”na xeyir verib

"Bakı Fond Birjası" QSC 2017-ci ili 1 milyon 471 min manat xalis mənfəətlə başa vurub. Halbuki birja, 2016-cı ili 116 min 281 manat zərər ilə bağlamışdı.
"Kommersant.Az" QSC-nin hesabatına istinadən xəbər verir ki, 2016-ci ildə 708,5 min manat olmuş cəmi gəlirlər 2017-ci ildə 2 milyon 764 min manata yüksəlib. Əqdlər üzrə tarif gəlirləri 645 min manatda 2 milyon 712 min manata qalxıb. Gəlirlərin 2 milyon 80 min manatı Azərbaycan Respublikasının Mərkəzi Bankının buraxdığı notlar, 326,7 min manatını isə Maliyyə Nazirliyinin buraxdığı xəzinə istiqrazları üzrə əldə edilib.
Birja əməliyyat xərclərini də azaldıb. 2016-cı ildə 1 milyon 219 min manat təşkil etmiş xərclər 2017-də 1 milyon 7 min manata düşüb.
Qeyd edək ki, 2017-ci ildə Vüqar Namazov "Bakı Fond Birjası" QSC-nin İdarə Heyətinin sərdi vəzifəsinə təyin olunmuşdur.
Həmçinin ötən il dövlət qiymətli kağılarının (Mərkəzi Bankı notları və Maliyyə Nazirliyinin istiqrazları) emissiyasının artması ilə Bakı Fond Birjasının da dövriyyəsi kəskin artıb.
Digər xəbərlər
