USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərişıq” Astaranın kəndlərinə elektrik xətlərini çəkəcək şirkəti açıqlayıb

31.07.2019 İqtisadiyyat
0 1
“Azərişıq” ASC Astara rayonunun Şüvi-Sekaşan, Pəlikeş-Diqo, Abyerud, Doli və Sipiyyət kəndləri üzrə 10/0,4 kilovoltluq elektrik xətlərini çəkəcək şirkəti açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, "Azərişıq" tərəfindən mayın 30-da Astara rayonunun adıçəkilən kəndləri üzrə 10/0,4 kilovoltluq xətlərin çəkilişi işlərinin satın alınması məqsədilə keçirilmiş açıq tender üzrə təqdim olunmuş iddiaçıların təklifləri Tender Komissiyası tərəfindən qiymətləndirilib. Tender Komissiyasının qərarına əsasən, müvafiq lot üzrə "İMA-Energy" MMC şirkəti qalib elan olunub və satınalma müqavilələri bağlanıb.