USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərsu”yun Maliyyə Nazirliyinə borcu 27% artıb

31.07.2019 Sosial
0 0
“Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 243,523 mln. manat təşkil edib.

“Kommersant.az” xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2% çoxdur.

Hesabat dövründə “Azərsu”yun Maliyyə Nazirliyinə borcu 27% artaraq 90,778 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 10,6% artaraq 60,569 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 12,8% azalaraq 44,527 milyon manat, Dünya Bankına borcu 24,7% azalaraq 34,781 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu 16,05% azalaraq 73 min manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borcu isə, təxminən, 3% artaraq 73 min manat olub.

Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz, KfW illik 0,75%-lə, “Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə, ABB isə illik 1%-lə verib. (Report.Az)