USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısının oğluna yüksək vəzifə verildi

02.08.2019 İqtisadiyyat
0 0
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə yeni direktor təyin olunub.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı "ASAN xidmət" mərkəzinin direktoru təyin edilib.

O, bu təyinata qədər həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda 2018-ci ilin may ayından 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru vəzifəsini icra edib.

Qeyd edək ki, X.Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə "ASAN xidmət" işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Xatırladaq ki, 2018-ci ilin may ayında 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru Seymur Mövlayev işdən çıxıb. O, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin sədri təyin edilib. S.Mövlayev 2019-cu ilin yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) sədr təyin olunub.