USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda nağd pulun həcmi artıb

02.08.2019 İqtisadiyyat
0 0
Azərbaycanda manatla geniş mənada pul kütləsinin (M2 aqreqatı) həcmi 2019-cu ilin iyul ayının 1-nə 15 834,3 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 8,1%, ötən ilin müvafiq dövrünə nisbətən isə 38,5% çoxdur.

"Kommersant.az" xəbər verir ki, iyulun 1-nə ölkədə banklardan kənarda nağd pulların həcmi (M0 aqreqatı) ilin əvvəlindən 774,9 mln. manat və ya 10,2% artaraq 8 376,3 mln. manat təşkil edib. Eyni zamanda, ötən ilin analoji dövrünə nisbətən nağd pulların həcmi 1 601,9 mln. manat və ya 23,6% artıb.