İyulda Azərbaycandan pomidor ixracı kəskin azalıb

15.08.2019 İqtisadiyyat
İyul ayında Azərbaycandan pomidor ixracı 2019-un minimum səviyyəsinə düşüb.

EkoNews Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadla xəbər verir ki, 2019-cu ilin 7 ayı ərzində Azərbaycandan 141 milyon 209 min dollar dəyərində 132 min 796 ton pomidor ixrac edilib. İlk 6 ayda Azərbaycandan 138 milyon 56 min dollar dəyərində 129 min 293 ton pomidor ixrac edilmişdi. Beləliklə, İyulda pomidor ixracı məbləğ ifadəsində 3 milyon 153 min dollar, miqdar ifadəsində isə 3503 ton təşkil edib.

Azərbaycana pomidor ixracından Yanvarda 10 milyon 490 min dollar, Fevralda 7 milyon 318 min dollar, Martda 7 milyon 648 min dollar, Apreldə 24 milyon 188 min dollar, Mayda 54 milyon 595 min dollar, İyunda 33 milyon 817 min dollar valyuta daxil olub.

  • Əvvəlki

    Notr-Dam kilsəsi yenidən dağıla bilər

Digər xəbərlər