Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin quraşdırılmasına başlanılıb

15.08.2019 İqtisadiyyat
Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib.

Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyinə təminat verilməsi və yollarda etibarlılığın baxımından çox əlverişlidir. Eyni zamanda quraşdırılmış yoldəyişənlər üzərindən müxtəlif istiqamətlərdən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçid edəcək.

Prosesə avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 5 ədəd yoldəyişən təzələnib. Hazırda Salahlı stansiyasında yeni qurğuların qoyuluşu həyata keçirilir.

Yoldəyişən qurğuların yenilənməsi işlərini "Azərbaycan Dəmir Yolları" QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər.

  • Əvvəlki

    İyulda Azərbaycandan pomidor ixracı kəskin azalıb

Digər xəbərlər

23.12.2021 İqtisadiyyat
Azərbaycanın kolbasa istehsalı - ARTIB
0 0
23.12.2021 İqtisadiyyat
Türk lirəsi daha da - BAHALAŞIB
0 0