USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda jurnalist döyüldü - FOTOLAR

26.08.2019 İqtisadiyyat
0 0
Tanınmış jurnalist, BAKU.WS-in redaktoru Zülfüqar Xeyirxəbər hücuma məruz qalıb.

Bu barədə Z.Xeyirxəbər məlumat verib.

Jurnalist bildirib ki, ötən gün axşam saat 19:30-da maşını ilə Mərdəkandan Bakı istiqamətində hərəkətdə olarkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib.

Həmin maşının sürücüsü jurnalistlə mübahisə edib və ona hücum çəkib.

Ciddi bədən xəsarətləri alar sürücü 3 saylı xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Z.Xeyirxəbər ambulator müalicə üçün evə buraxılıb.

Hadisə barəsə açıqlama verən jurnalist bunları deyib:

"Düzü, hadisənin səbəbi mənə də qaranlıq qaldı. Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan uzun-uzadı siqnal verməyə, işıqları yandırıb-söndürməyə başladı.

Əlimlə işarə elədim ki nə lazımdır. Sürətini artırıb sola keçdi, söyüş söydü.

Dayanmağımı tələb elədi. Əhəmiyyət vermədim. Ciddi təhlükə törətməyə başladı.

Dayanmağa məcbur oldum. Düşdü, yaxınlaşdı, söyüş söydü, maşından düşdüm. Vuracağını gözləmirdim, düzü .,.

Qəfil zərbə endirdi.

Deyəsən, barmağında üzük olub. Ciddi zədələr var. Sol gözüm şişib, burnumun üstündə çapıqlar var".

Z.Xeyirxəbər hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə dərhal məlumat verib. Faktla bağlı araşdırmalara başlanıb.

  • Əvvəlki

    Azərbaycan Rusiya, Gürcüstan və Ukraynaya kombi ixrac edə bilər

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0