USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib

26.08.2019 Sosial
0 0
"Havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ictimai-iaşə obyektlərində keçirilmiş monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlərin nəticəsində artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb".

Bu barədə "Kommersant.az"a ETSN-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, lakin bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması müşahidə olunduğundan ictimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib. Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.

Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan "məcburi göstəriş”lər verilib.

Monitorinqlər davam etdirilir.