ABŞ Prezidenti Donald Tramp gələn il keçiriləcək seçkilərdə yenidən prezident seçiləcəyi təqdirdə Çin ilə münasibətlərin daha gərgin olacağını bildirib.
"Kommersant.az" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tramp bu barədə Tvitter hesabındakı paylaşımda yazıb.
ABŞ Prezidenti Çin ilə aralarında olan ticarət müharibəsi ilə bağlı açıqlamalar verib.
O, bildirib ki, Çin yeni ABŞ höküməti ilə razılıq əldə etmək istəyəcək. "Mən yenidən prezident seçilsəm, necə olacağını düşünürəm. Razılaşma daha da sərt olacaq. Çinin ticarət zənciri qırılacaq, pulu gedəcək" – deyə Tramp qeyd edib.