USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın bir neçə rayonunda qaz təchizatında fasilələr yaranacaq

04.09.2019 Sosial
0 0
Azərbaycanın bir neçə rayonunda sentyabrın 4-də saat 10:00-dan etibarən yenidənqurma və tikinti işləri başa çatanadək "Azəriqaz" İB tərəfindən qaz təchizatında dayandırmalar tətbiq olunacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, mövsümü işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşviqabad və 28 May qəsəbələrində, “Qaz İxrac” İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa saat 10:00-dan etibarən sentyabrın 5-dək “Qaz İxrac” İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq.