USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqlarının sayı açıqlandı

16.10.2019 İqtisadiyyat
0 0
İndiyə qədər Azərbaycanda dənizdə yerləşən yataqlardan 1,090 mlrd ton, quruda yerləşən yataqlardan isə 0,979 mlrd ton neft hasil edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən SPE illik Xəzər Texniki konfransında bildirib.

O qeyd edib ki, indiyə qədər dənizdəki yataqlardan təbii qaz hasilatının həcmi 713 mlrd kubmetr, qurudakı yataqlardan isə 139 mlrd kubmetr təşkil edib.

SOCAR-ın vitse-prezidenti indiyədək dənizdə 28 neft-qaz yatağının kəşf olunduğunu, onlardan 19 yatağın işlənmədə olduğunu, quruda isə 53 yatağın kəşf edildiyini və 40 yataqda hasilat aparıldığını əlavə edib. (Report.Az)

  • Əvvəlki

    9 ayda 346 mln dollarlıq neft məhsulları ixrac edib

Digər xəbərlər

30.05.2025 İqtisadiyyat
Paytaxtın bu ərazisində su olmayacaq
0 0
30.05.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
30.05.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0