USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Orta aylıq əməkhaqqı 589 manatı ötüb

16.10.2019 İqtisadiyyat
0 0
Bu il sentyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 1 611,1 min nəfər olub ki, onlardan 899 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 712,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatda bildirilir.

Muzdla işləyənlərin 20,4%0i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 12,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Cari ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9% artaraq 589,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.