USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəyə gətirilən dərmanların gömrük proseduru sadələşdirilə bilər

06.11.2019 İqtisadiyyat
0 0
"Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələşdirilməsi ilə əlaqədar qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub".

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi nəzərdə tutulur.

E.Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birgə bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir: "Düşünürəm ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq".

Qeyd edək ki, Baş nazirin müavini Əli Əhmədov ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtlərinin sadələşdirilməsinin vacibliyini deyib. (Report.Az)

  • Əvvəlki

    MİDA yeni yaşayış kompleksi tikəcək

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0