USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MİDA yeni yaşayış kompleksi tikəcək

06.11.2019 İnşaat və Əmlak
0 1
Mənzil İnşaatı Dövlət Agentliyi tabeliyində "MİDA" MMC Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.

"Kommersant.az" xəbər verir ki, tender 10, 11 və 12 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi və 1170 şagird yerlik orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi üzrə 2 lotdan ibarətdir.

İddiaçılar tender təkliflərini 2019-cu il 19 dekbar saat 17:00-a qədər Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanına təqdim etməlidir. (əlaqələndirici şəxs: Vəliyev Zahid Musa oğlu, telefon: 012 594-54-01 daxili: 238). Təklif zərfləri 2019-cu il 20 dekabr tarixində saat 15:00-da "MİDA" MMC-də açıqlacaq.

Tenderdə iştirak haqqı lot 1 üzrə 900 manat, lot 2 üzrə 800 manatdır.

  • Əvvəlki

    Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Digər xəbərlər