USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

14.11.2019 İqtisadiyyat
0 0
"Vergi islahatlarının həyata keçirilməsində və inzibatçılığında xüsusi diqqət verdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında 44 608 nəfər artım olub: "Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, Əlavə Dəyər Vergisi ödəyicilərinin sayında 32, 9 faiz və ya 5941 nəfər, obyektlərin sayında isə 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir". /APA