Bu gecə Almaniyadan xeyli azərbaycanlı deportasiya olunacaq - DİQQƏT

14.11.2019 İqtisadiyyat
Almaniyada azərbaycanlılarla bağlı böyük qalmaqal yaşanır. Arasında bir neçə müxalifətçi olmaqla 8 azərbaycanlı həbs olunub.

"Kommersant.az" xəbər verir ki, bu gecə Almaniyadan xeyli azərbaycanlının deportasiya olunması gözlənilir. Xüsusilə Bavariya vilayətində mühacir həyatı yaşayanların əhəmiyyətli hissəsi Azərbaycana qaytarılacaq. Onların arasında Müsavat partiyasının sənədləri ilə gedənlər də var.

Ümumiyyətlə, Bavariya vilayətində siyasi mühacir məsələsinə həssas yanaşırlar. Azərbaycanlılar Almaniyanın daha çox bu hissəsində oturumla bağlı rədd cavabı alırlar. Bavariyada deportasiya təhlükəsi yaşadığından, Avropanın başqa ölkələrinə üz tutanlar da var.

Avropaya siyasi mühacirətlə gedənlərin arasında son hadisələrlə bağlı ciddi narahatlıq var. Çünki daha bir neçə azərbaycanlının həbs olunmaq ehtimalı qalır.

Bizimyol.info

  • Əvvəlki

    Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

Digər xəbərlər

12.08.2022 İqtisadiyyat
Qazın qiyməti niyə bahalaşdı?
0 0
12.08.2022 İqtisadiyyat
Rayonlarda un qıtlığına səbəb nədir?
0 0
11.08.2022 İqtisadiyyat
Yeni xüsusi təyinatlılar and içdi
1 0