Nazir YPX-nin şəxsi heyətini sərəncama götürdü - Bir çoxunun vəzifəsi müvəqqətidir
13.01.2020
İqtisadiyyat
0
0
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yol polisi ilə bağlı əmr verib.
"Kommersant.az" xəbər verir ki, nazirin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti sərəncama götürülüb. Bu barədə Qafqazinfo yazır.
Əldə etdiyimiz məlumata görə, hazırda bütün heyət iş başındadır, lakin hər kəs indiki vəzifəsində müvəqqətidir. Şəxsi heyətlə bağlı saf-çürük etmə işləri aparılır. Yaxın günlərdə şəxsi heyət yenidən təsdiqlənəcək. Təsdiqləmə zamanı vəzifəsini itirənlər, başqa yerə təyinat alanlar, aşağı vəzifələrə göndərilənlər də olacaq.
DİN Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və Bakı DYP-nin sözçüsü Vaqif Əsədov bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Digər xəbərlər
26.12.2025
İqtisadiyyat
ABŞ fond bazarları 2025-ci ili rekord səviyyələrə yaxınlaşdırmağa hazırlaşır
0
0
26.12.2025
İqtisadiyyat
Kreml: ABŞ ilə əlaqələrdə dialoqun davam etdirilməsi barədə razılığa gəlinib
0
0
26.12.2025
İqtisadiyyat
Çin 2024-cü il üçün Ümumi Daxili Məhsul (ÜDM) rəqəmini yenidən nəzərdən keçirib
0
0




















.png)




















































