USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 2 yeni lizinq şirkəti yaradılıb

10.01.2020 Bank
0 0
Vergilər Nazirliyi “Alliance Capital Leasing” MMC-ni dövlət qeydiyyatına alıb.

"Kommersant.az" Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27/8, nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Anar Əzimovdur.

Bundan başqa, Nazirlik tərəfindən "Al Mulk Leasing" MMC də qeydiyyata alınıb. Bu kommersiya qurumunun isə hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 12/14, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Orxan Məmmədovdur.