USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Makron Rusiya-Polşa II Dünya müharibəsi davasına qoşuldu

05.02.2020 İqtisadiyyat
0 0
Polşada səfərdə olan Fransa Prezidenti Emmanuel Makron tarixə yenidən baxmağa çalışan ölkələr arasında Rusiyanın adını çəkib.

"Kommersant.az" xəbər verir ki, Fransa liderinin sözlərinə görə, Rusiya "İkinci Dünya Müharibəsini yenidən öz istədiyi kimi şərh etməyə və Polşa xalqını günahkar çıxarmağa çalışır".

Makron "Polşanın 1989-cu ili tarixdən silmək cəhdlərini və bu azadlıq tarixini" (yəqin ki, burada o, müharibədən sonrakı Polşada ilk demokratik seçki sayılan 4 və 18 iyun 1989-cu il parlament seçkilərini nəzərdə tutur), həmçinin "XX əsrin bütün tarixini nəzərdən keçirən Macarıstan siyasətini" buna nümunə kimi göstərib.

Xatırladaq ki, Rusiya və Polşa arasında İkinci Dünya Müharibəsinin səbəbləri və nəticələri ilə bağlı keçən ilin sonundan bəri şiddətli mübahisə davam edir. Ölkələr 20-ci əsrin ən böyük silahlı qarşıdurmasının baş verməsi üçün məsuliyyətin bir hissəsini o birinin üzərinə atmağa çalışır və Polşanın Qırmızı Ordu tərəfindən azad edilməsinin tarixi əhəmiyyəti ilə bağlı ortaq fikrə gələ bilmirlər. Bu yaxınlarda Polşa Xarici İşlər Nazirliyi bu mübahisədə Rusiya üzərində "qələbə" çaldığını elan etsə də, Rusiya tərəfi bu açıqlama ilə razılaşmayıb.

Bu yaxınlarda məlum olub ki, Polşa rəhbərliyinə hələ Qələbənin 75 illiyi münasibətilə Rusiyada keçiriləcək xüsusi tədbirlərə dəvət göndərilməyib.

  • Əvvəlki

    Mərkəzi Bank işğal altında olan ərazimizi unutdu - FOTOFAKT

Digər xəbərlər