USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabiq nazirin səhhətində irələyişlər var - AÇIQLAMA

07.02.2020 İqtisadiyyat
0 0
Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində irələyişlər var.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla deyib.

O, bildirib ki, buna baxmayaraq İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmaqdadır:

"İrəliləyişlər udma refleksinin peyda olması, ağrı qıcıqlarına zəif reaksiyanın peyda olması, intubasion boru ilə sedasiyasız tənəffüsü, leykosit sayının azalması hesab edilə bilər. Lakin arterial təzyiq hələlik inotrop dəstəklə saxlanılır. Bu gün "Baku City Hospital"da həkimlərin birgə konsiliumu keçirilib, təyinatına müvafiq korrektələr edilib. Ümid Allahadır".

Qeyd edək ki, bir neçə gün öncə daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. Koma vəziyyətində o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan İsgəndər Həmidov fevralın 5-də "City" hospitala köçürülüb.

  • Əvvəlki

    Güclü külək hasarı uçurdu, qaz xətti zədələndi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0