USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin Mərkəzi Bankı koronavirusun iqtisadiyyata təsiri barədə xəbərdarlıq etdi

07.02.2020 İqtisadiyyat
0 0
Koronavirus epidemiyasının yayılması Çin iqtisadiyyatına təsir göstərəcək. Çin Xalq Bankı vəziyyəti öz nəzarəti altına götürəcək.

"Kommersant.az" xəbər verir ki, bu haqda "Reuters" xəbər agentliyi məlumat verib.

Mərkəzi Bank koronavirusun yayılmasının iqtisadiyyata təsirini izləyir və bu təzyiqi kompensasiya etmək üçün siyasi ehtiyatlar hazırlayır.

Virusun yayılmasının qarşısını almaq üçün Çin hakimiyyəti nəqliyyat və turizm sektoruna, habelə pərakəndə satışa ciddi təsir göstərən nəqliyyat məhdudiyyətləri və səhiyyə tədbirləri tətbiq edib. Bunun fonunda birinci rübdə iqtisadi artım tempinin 6% düşməsi gözlənilir.

Ölkədəki müəssisələrin bir çoxu Yeni il tətilindən sonra yenidən fəaliyyət göstərməyə başlayacaq.

  • Əvvəlki

    Sabiq nazirin səhhətində irələyişlər var - AÇIQLAMA

Digər xəbərlər