USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiyaçılar artımlarını nə vaxt alacaq?

07.02.2020 İqtisadiyyat
0 0
"Azərbaycanda minimum pensiya artaraq 233.2 manat olacaq".

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadi-ekspert Rəşad Həsənov Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamını şərh edərkən deyib.

O, bildirib ki, 1 yanvar 2020-ci il tarixindən etibarən təxminən 1 milyon 120 min nəfərin pensiyasının sığorta hissəsi 16.6 faiz artırılıb:

"Əmək pensiyaların indeksləşdirilməsi haqqında sərəncam imzalanıb. 1 yanvar 2020-ci il tarixindən etibarən təxminən 1 milyon 120 min nəfərin pensiyasının sığorta hissəsi 16.6 faiz artırılıb. Yanvar ayı üçün hesablanan artımlar isə fevral ayında ödəniləcək. Minimum pensiya isə öz növbəsində artaraq 233.2 manat olacaq. Fərdi hesabın sığorta hissəsi isə qanunvericiliyə edilən dəyişikliyə uyğun olaraq infliyasiya səviyyəsinə uyğun, yəni cəmi 2.6 faiz artırılacaq".

  • Əvvəlki

    Sabah Azərbaycanda “sükut günü”dür

Digər xəbərlər

09.04.2024 İqtisadiyyat
Lirə yenidən ucuzlaşır
0 0
09.04.2024 İqtisadiyyat
İlin sonuna 5 trilyon dollar
0 0