USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə daha bir güclü zəlzələ

07.02.2020 İqtisadiyyat
0 0
Türkiyədə zəlzələ baş verib.

"Kommersant.az"ın Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) istinadən yaydığı xəbərə görə, zəlzələ Aralıq dənizində On İki Ada sahillərində 4,5 bal gücündə olub.

Zəlzələnin yerli vaxtla 06:11-də baş verdiyi bildirilir.

Episentri 14,6 kilometr dərinlikdə olan zəlzələyə ən yaxın ərazi - Muğla şəhərinin Datça rayonu ərazisi qeyd edilib.

Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu (KRDAE) isə zəlzələnin Grit adası sahillərində 10,3 kilometr dərinlikdə baş verdiyini deyib.

İnstitutdan verilən məlumata görə, yerli vaxtla saat 05:16-da 4 bal, 05:23-də isə 4,2 bal gücündə daha iki təkan qeydə alınıb.