Türkiyə hər zaman Azərbaycanın haqqını qoruyur. Bu, bizim qardaşlıq borcumuzdur.
"Kommersant.az"-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin Bakıda keçirilən növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir əlavə edib ki, qardaş Azərbaycanın haqqını hər zaman müdafiə edəcək, Azərbaycan Prezidentindən medal almaq onun üçün şərəfdir:
"Azərbaycan Türkiyənin olmadığı yerdə onun maraqlarını qoruyub, Türkiyə də Azərbaycanın. Biz hər zaman bir-birimizin hüquqlarını qoruyacağıq".