USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amerika şirkətləri İranda bizneslərini bağlamağa hazırlaşırlar

06.06.2018 İqtisadiyyat
0 0
Onlarla Amerika şirkəti Vaşinqtonun Tehrana qarşı sanksiyaları fonunda İranda öz bizneslərini dayandırmağa hazırlaşır.

"Kommersant" xəbər verir ki, bu barədə çərşənbə axşamı "The Wall Street Journal" qəzetinin elektron versiyası yazıb.

Onun məlumatına görə, azı 17 ABŞ şirkəti Tehranla atom sazişi bağlandıqdan sonra öz xarici filialları vasitəsi ilə İranla biznes əlaqələri qurmuşdu.

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumatına görə, həmin şirkətlərin bu dövr ərzində gəlirləri 176 milyon dollar təşkil edib. Bundan əlavə, İranla ABŞ-ın çoxsaylı kiçik özəl şirkətləri də işləyir ki, onlar öz gəlirlərini Komissiyaya açıqlamaq məcburiyyətində deyillər.

İranla atom sazişindən sonra əməkdaşlıq edən iri şirkətlər arasında

"Honeywell" aerokosmik korporasiyası, "General Electric" energetika şirkəti, "Dover" sənaye şirkəti, "Chubb" sığorta şirkətinin Amerika bölməsi də var.

İndi onların hamısı ABŞ-ın sanksiyalar haqqında qanunlarını pozmamaq üçün İranı tərk etməlidirlər.

  • Əvvəlki

    Azərbaycanda daha iki regional televiziya kanalı birləşib

Digər xəbərlər

21.02.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
21.02.2024 İqtisadiyyat
Lirə bu gün də ucuzlaşdı
0 0
21.02.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.02.2024 İqtisadiyyat
Türkiyə lirəsi dəyər itirir
0 0
20.02.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.02.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
19.02.2024 İqtisadiyyat
Mikayıl Cabbarovdan yeni - TƏYİNAT
0 0
19.02.2024 İqtisadiyyat
Bələdiyyələrin gəlirləri açıqlandı
0 0