USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

13 yaşında uşaq internetdə 100 min dollar uduzdu

06.06.2018 İqtisadiyyat
0 0
İngiltərənin Lancashire şəhərində yaşayan 13 yaşlı bir uşaq, atasının kredit kartı ilə oynadığı onlayn mərcdə (qumarda) 108 min dollar uduzub.

"Kommersant" xəbər verir ki, uşaq atasının kredit kartının fotoşəkilini çəkərək istifadə edib.

Uşaqlar, 18 yaşından böyük olduğunu qeyd edərək onlayn qumar saytlarına daxil ola bilirlər.

Atasının iş yerinə aid kartını istifadə edən uşaq, "Qumarın, siqaret və ya spirt qədər asılılıq yaradacağını heç güman etməzdim. Əyləncəli görünürdü və pul qazanacağımı güman etdim" deyib.

"Wembley" stadionunda izlədiyi bir matç zamanı reklam edilən onlayn iddia saytlarına girən 13 yaşlı uşaq, əvvəl 5-10 poundluk iddialarla başlayıb, daha sonra 4 min dollara qədər qalxıb və sonra uşaq həftədə yüzlərlə qumar oyunu oynamağa başlayıb.

Uşağın asılılığı altı ay sonra fərq edilib. O vaxt işləri yaxşı gedən atası, hesabındakı çıxışları görəndə 20 min dollar pul itirmişdi.

Təlaşa düşən ailə uşaqlarını terapiyasına başlayıb. Ancaq bir neçə ay sonra hesablarından 80 min dollar da silinib.

Pullarını itirən ailə, kredit ödəyəcəklərini deyib.

Yalnız İngiltərədə qumar asılılığı olan 11-16 yaş arası uşaqların sayı 25 min nəfərdir.

  • Əvvəlki

    Zəlzələdən sonra xəstəxanalara 31 müraciət daxil olub

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0