USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL Gürcüstanda beşinci oldu

17.02.2020 İqtisadiyyat
0 0
2019-cu ildə Gürcüstanın hava limanlarında ən çox reys yerinə yetirən aviaşirkətlərin ilk beşliyi məlum olub.

"Kommersant.az" bildirir ki, reytinqi avianews.ge nəşri tərtib edib.

Siyahıya əsasən, 3 307 uçma-enmə reysi yerinə yetirən "Gürcüstan Hava Yolları" şirkəti birinci yeri tutub.

İlk üçlükdə 2 564 reyslə aşağıbüdcəli "Wizz Air" və 2 215 reyslə "Türk Hava Yolları" şirkəti yer alıb.

Dördüncü yerdə isə "Qatar Airways" şirkəti (862 reys) qərarlaşıb. İlk beşliyi 795 reyslə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – "Buta Airways" şirkəti bağlayıb.

report