USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moskvada koronavirusa ilk yoluxma

02.03.2020 İqtisadiyyat
0 0
Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidməti Moskvada koronavirusa ilk yoluxma faktını təsdiqləyib.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Lenta.ru" saytı "Baza" Teleqram-kanalına istinadən xəbər verib.

Qeyd edilir ki, Rusiyada koronavirus diaqnozunun qoyulması üç mərhələləri prosedur əsasında həyata keçirilir. Əvvəlcə diaqnoz Moskvanın 1 nömrəli infeksion xəstəxanasında qoyulub, daha sonra Xidmət tərəfindən təsdiqlənib. İndi analizlər yekun qərarın çıxarılması üçün "Vektor"a göndərilib.

Bildirilir ki, 1 saylı infeksion xəstəxanada həmin şəxslə eyni palatada daha altı nəfər yatırdı. Kişidə koronavirus aşkarlanan kimi onu ayrı boksa köçürüblər.