USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərişıq”: “İşıqlar dünəndən sönüb, xətlər biabırçı vəziyyətdədir”

02.03.2020 İqtisadiyyat
0 0
Abşeron rayonunun Məhəmmədi kəndi qaranlığa qərq olub.

Bu barədə "Kommersant.az"-a kəndin sakinləri məlumat verib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanverdi Mustafayev əməkdaşımıza bildirib ki, kənd sakinlərinin işıqsız qalmasına səbəb elektrik naqillərinin köhnə olmasıdır:

"İşıqlar dünəndən sönüb. Xətlər biabırçı vəziyyətdədir, yüklənmə çox olurdu. Onları dəyişirlər, yaxın saatlarda işlər yekunlaşacaq".