USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Naxçıvana dəmir yolu xətti çəkəcək

07.06.2018 İqtisadiyyat
0 0
Türkiyə hökuməti 2018-ci ilin sonu - 2019-cu ilin əvvəllərində ölkəni İran və Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Qars-İqdır-Aralık-Dilucu dəmir yolunun tikintisi layihəsini həyata keçirməyə başlamağı planlaşdırır.

Bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

"Türkiyədən keçən "Qərb-Şərq" dəmir yolu dəhlizini İran və Naxçıvanla birləşdirəcək Qars-İqdır-Aralık-Dilucu dəmir yolunun tikintisi layihəsinin reallaşdırılmasına 2018-ci ilin sonu - 2019-cu ilin əvvəllərində başlanacaq. Layihə 214 kilometr uzunluğunda dəmir yolunun tikintisini nəzərdə tutur, qatarların hərəkət sürət saatda 160 km təşkil edəcək", - deyə Türkiyə KİV-i Ə.Arslana istinadən məlumat verib.

Onun sözlərinə görə, xüsusilə Qarsda böyük həcmdə yükün "Qərb-Şərq" dəhlizi ilə Çin, Pakistan, Hindistan və İrandan Avropa və Türkiyə limanlarına daşınacağı logistik mərkəzin və Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyət göstərməsini nəzərə alaraq layihə çox böyük əhəmiyyətə malikdir.

"Yeni dəmir yolu, həmçinin İran və Naxçıvanı Türkiyənin digər regionları ilə birləşdirəcək. Bu regionlarla Kapıkule-Edirne-İstanbul-Eskişehir-Ankara-Yozqat-Sivas-Ərzincan-Ərzurum-Qars" dəmir yolu ilə əlaqə qurmaq mümkün olacaq", - deyə Ə.Arslan qeyd edib.

  • Əvvəlki

    BAKUBUS MMC yük maşını alacaq - TENDER

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0