USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Əsədovdan universitetlərlə bağlı vacib QƏRAR

09.04.2020 İqtisadiyyat
0 0
“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edilib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin vəzifələri artırılıb.

Belə ki, ali təhsil müəssisələri "Təhsil haqqında" qanuna uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etməklə yanaşı və bundan sonra "Psixoloji yardım haqqında" qanunun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirəcək.