USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Boris Consonun səhhətindən yeni xəbər

09.04.2020 İqtisadiyyat
0 0
Böyük Britaniyanın koronavirus səbəbindən reanimasiyaya yerləşdirilən Baş Naziri Boris Consonun səhhəti yaxşılaşır.

"Kommersant.az" xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. Siyasətçinin müalicəyə reaksiya verdiyi və vəziyyətinin stabil olduğu qeyd edilib. Consonun əhvalı yüksəkdir və aparata qoşulmadan sərbəst nəfəs ala bilir. O, işləməsə də, bəzi hökumət üzvləri ilə daimi əlaqədədir.

Qeyd edək ki, hazırda Britaniya hökumətinə müvəqqəti olaraq XİN rəhbəri Dominik Raab başçılıq edir. /Qafqazinfo