USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elman Rüstəmovun əleyhinə səs verən deputat kimdir?

09.04.2020 İqtisadiyyat
0 0
Elman Rüstəmovun İdarə Heyətinin üzvü təyin edilməsi haqqında məsələnin əleyhinə səs verən deputat bəlli olub.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

O, Elman Rüstəmovun əleyhinə səs verməsinin səbəbini açıqlayıb:

"Çünki cənab Elman Rüstəmov elə başa düşür ki, Mərkəzi Bankın yeganə vəzifəsi manatın kursunun sabit saxlanılmasıdır. Halbuki başqa problemlər də var", - deyə Q.Həsənquliyev əlavə edib.

Bildirək ki, E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə məsələyə deputatlardan 91 nəfər lehinə, bir nəfər isə əleyhinə səs verib.