USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kredit borclarının dondurulması məsələsi müzakirə edilir” - Elman Rüstəmov

09.04.2020 Bank
0 1
“Bu gün Milli Məclisin iclasında iştirak edən Mərkəzi Bankın sədri Elman Rüstəmova müraciət edərək özəl banklarla məsləhətləşmələr apararaq xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulmasını təklif etdim”.

"Kommersant.az" xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə Milli Məclisin bugünkü iclası ilə bağlı “Facebook” hesabındakı paylaşımında qeyd edib.

Aydın Mirzəzadənin sözlərinə görə, Elman Rüstəmov məsələnin müzakirə edildiyini deyib:

“Mərkəzi Bank sədri bu məsələnin müzakirə edildiyini bildirdi”.