USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin daxili işlər naziri istefa verdi - SON DƏQİQƏ

12.04.2020 İqtisadiyyat
0 0
Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verib.

"Kommersant.az" xəbər verir ki, bu barədə qərarı nazirin özü açıqlayıb.

O istefası ilə bağlı bunları deyib: "Virusun qarşısını almaq üçün əzmlə apardığımız prosesin tərkib hissəsi olan həftə sonu küçəyə çıxmama qərarının tətbiqinin məsuliyyəti tamamilə mənim üzərimə düşür. Qadağanın tətbiqinin ilk saatlarında ortaya çıxan görüntülər mükəmməl şəkildə aparılan prosesə uyğun gəlmədi. Belə bir hadisə olmamalı idi. Bu qərar virusun qarşısını almağa hesablanmış addım idi".

"Heç bir zaman zərər vermək istəmədiyim əziz millətimiz, həyatımın sonuna qədər sadiq qalacağım cənab prezidentim məni bağışlasın...Şərəflə icra etdiyim daxili işlər naziri vəzifəmdən istefa verirəm. Bütün dostlarıma, iş yoldaşlarıma hudahafiz. Allah millətimizi qorusun", - Soylu istefasını bəyan edib.

  • Əvvəlki

    Böyük siyahı hazırlanır - Hər birimizə təsir göstərəcək qərar veriləcək

Digər xəbərlər