USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısının birinci müavini vəfat etdi

13.04.2020 İqtisadiyyat
0 0
Şirvan şəhər icra hakimiyyəti başçısının birinci müavini Samid Abıyev vəfat edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə jurnalist Peyman Sadıqov məlumat yayıb. Samid Abıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, 2008-ci ilin oktyabrında baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu. 2009-cu ilin avqustun 12-də Şirvanda baş verən avtomobil qəzasınada isə onun üçüncü oğlu dünyasını dəyişib.