USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana koronavirus testlərinin hansı ölkələrdən gətirildiyi açıqlandı

16.04.2020 İqtisadiyyat
0 0
"Nə qədər çox test edilsə xəstəlik vaxtında aşkar edilə bilər. Hazırda Azərbaycanda 18 laboratoriya mövcuddur. Halbuki bu say 2 idi".

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib.

O bildirib ki, bu sistem mütəmadi şəkildə monitorinq olunur.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə əlavə edib ki, ölkədə istifadə olunan testlər Almaniya və Avropa istehsalıdır: "Çox test edirik, amma az xəstə aşkarlanır. Bu da sevindiricidir. Test etmək imkanlarımız çox genişlənib".