USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mehriban Əliyeva Gürcüstana təşəkkür etdi

17.04.2020 İqtisadiyyat
0 0
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində Gürcüstanın paytaxtı Tbilisidə yerləşən teleqüllədə Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar minnətdarlığını bildirib.

"Kommersant.az" xəbər verir ki, paylaşımda deyilir: "Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!"