Bu tələbələrin də xərclərini dövlət ödəyəcək
17.04.2020
İqtisadiyyat
0
0
Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.
"Kommersant.az" xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna təklif edilən dəyişikliklər Milli Məclisin bu gün iclasında müzakirəyə çıxarılıb.
Qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qeyd edək ki, indiyə qədər dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin bakalavr səviyyəsində xərclərini öz üzərinə götürüb.
Report
Digər xəbərlər
16.12.2025
İqtisadiyyat
Vergi Məcəlləsində YENİLİK: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
0
0
16.12.2025
İqtisadiyyat
Neft qiymətləri 2021-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə düşüb
0
0



















.jpg)





.jpg)
































.jpg)










