USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yardım alanlara xəbər var: Apreldən başlayaraq...

21.04.2020 İqtisadiyyat
0 0
"190 manatlıq birdəfəlik ödənişin verilməsi ölkədə tətbiq edilən yeni proqramdır. Bununla yanaşı, ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi də yeni təşəbbüsdür".

"Kommersant.az"-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev AzTV-nin "Hədəf" verilişində bildirib.

"Apreldən ölkədə 10 min ailə ünvanlı sosial yardım proqramına cəlb edilib. Sosial dəstək proqramlarının icrasını bundan sonra da təmin edəcəyik, üstəlik həmin proqramların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər hazırlamışıq, qısa müddət ərzində hökümətə təqdim edəcəyik", - deyə o, qeyd edib.