USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Onlayn alış-veriş edənlər diqqət: Hansı saytlar daha etibarlıdır? - Video

21.04.2020 İqtisadiyyat
0 0
Mağazaların bağlanması ilə onlayn satışlar ciddi şəkildə artıb. İndi demək olar ki, bir çox mağazalar onlayn satışa keçib. İri şirkətlər alıcıların informasiya təhlükəsizliyini təmin etsə də, bu sahədə yeni olanlar və digər kiçik mağazalardan alış veriş zamanı bəzi problemlər yaşanır. Bəzən vətəndaşların kart hesabından pul oğurlanması müşahidə edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra tövsiyyələri var.

Onlayn alış verişə tələbin artması ilə internet dələduzlluğunun da sayı artıb.

"Kommersant.az" xəbər verir ki, karantin rejimi ilə əlaqədar bir çox mağazalar onlayn satışa keçib. Əvvəlcədən bu sistemi quran iri şirkətlər təhlükəsizlik tədbirlərini öncədən nəzərə alsa da, sonradan onlayn satışa keçən mağazalarda bu nəzərə alınmayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilir ki, vətəndaşlar onlayn alış veriş zamanı hər hansı fırıldaqçılıqla qarşılaşmamaq üçün mütləq qaydada bəzi qaydalara əməl etməlidir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Günel Gözəlovanın sözlərinə görə, hazırda ən geniş yayılan internet fırıldağı fişhin üsuludur. Vətəndaşlara göndərilən spam mesajlar vasitəsilə şəxsi məlumatlar oğurlanır. Buna görə də tanış olmayan heçbir mənbədən gələn məlumatı açmaq tövsiyyə olunmur.

Onlayn dələduzluqla qarşılaşan vətəndaşlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə və ya sosial media hesablarına müraciət edə bilər.

  • Əvvəlki

    Türkiyədə dörd günlük komendant saatı tətbiq ediləcək

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0