USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirus ABŞ əhalisinin 40 faizini işsiz qoydu

22.04.2020 İqtisadiyyat
0 0
Pew Araşdırma Mərkəzinin keçirdiyi ictimai rəy sorğusuna görə, sorğuda iştirak edən 10 amerikalıdan ən azı 4-ü koronavirus pandemiyası səbəbindən maaşlarının bir hissəsinin kəsildiyini və ya işlərini itirdiyini bildirib.

"Kommersant.az" xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 28%-i iş yerlərini itirib və ya virusun yayılması səbəbindən işdən azad edilib, respondentlərin üçdə biri isə əmək haqqının azaldığını bildirib. Sorğuda iştirak edənlərin 43%-də iki problemdən biri mütləq olub.

Tədqiqat həmçinin hər 10 latın amerikalıdan 6-nın maaşlarını və ya iş yerlərini itirdiyini üzə çıxarıb. 18-29 yaş arası amerikalıların yarısından çoxu, 30 ilə 49 yaş arasında olanların yarısı isə maaşının bir hissəsini və ya işlərini itirib.

Rəyi soruşulanların yarısından çoxu (53%) pandemiya ilə əlaqədar fövqəladə vəziyyət zamanı üç ay ərzində xərclərini ödəmək üçün kifayət qədər əmanətlərinin olmadığını söyləyib.

Ümumilikdə sorğuda 4.9 mindən çox insan iştirak edib.

  • Əvvəlki

    Məmurların Azərbaycan kəndlisinə yaratdığı problem: "Su əjdahaları” kimlərdi?

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0